«Vvest Stream» MMC bu ilin yanvar bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sekoru üzrə əsas ixracatçı özəl şirkətlərdən olub.
Azərbaycana ən çox valyuta gətirən - ÖZƏL ŞİRKƏTLƏR – TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayına istinadən xəbər verir ki, şirkət 32,7 milyon dollarlıq məhsul ixracı ilə özəl ixracatçı şirkətlərin reytinqində yeddinci yeri tutub.
Ötən ilin sonu – 10 dekabr tarixində dövlət qeydiyyatına alınan şirkətin bu ilin 28 avqust tarixinə «xüsusilə külli miqdar» 1 milyon 337 min 321 manat vergi borcu yaranıb. («Xüsusilə külli miqdar» dedikdə 500 yüz min manatdan yuxarı olan məbləğ başa düşülür – red FED.az).
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Novruzəliyev Bəhruz Zirəddin oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, ev.13, m.1 hüquqi ünvanında yerləşir.
Onu da bildirək ki, şirkətin qanuni təmsilçisi ötən ilin avqust ayının 29-da «AFA Export» MMC-ni təsis edib. Bu şirkət də bu ilin ilk yeddi ayında 27 milyon dollarlıq məhsul ixrac edib.













