Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 73 yeni dövlət standartı qəbul edib.
TürkAK növbəti dəfə AZSTAND-ı akkreditasiya edib
FED.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, bunun 38-i aqrar və qida, 5-i ekologiya, 3-ü kosmetika, 3-ü neft-kimya sənayesi, 4-ü ağır sənaye-maşınqayırma, 8-i tikinti materialları, 3-ü qiymətli metallar və daşlar, 1-ü idarəetmə sistemləri, 2-si təşkilati və metodoloji sahə, 3-ü tibb, 1-i mebel sənayesi, 1-i yüngül sənaye, 1-i isə elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya üzrə qəbul olunub.
Bundan başqa, hesabat dövründə 3 dövlət standartının dövrü yoxlanılması aparılıb və yaxud onlara dəyişikliklər edilib, 51 dövlət standartı isə ləğv olunub.
Eyni zamanda sahibkarların sifarişi əsasında 144 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.