Azərbaycan və Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Gürcüstanın Baş naziri Mikayıl Cabbarovu qəbul edib
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, həmçinin sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə etdik, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi imkanları qeyd edilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparıblar.