Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qəbulda iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmi, tərəfdaşlığın inkişafı istiqamətləri vurğulanıb, potensial layihələrin həyata keçirilməsinin ölkələrimiz üçün faydaları qeyd olunub.
Görüşdə mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.