Azərbaycan və Türkiyə halal infrastrukturun yaradılması çərçivəsində qabaqcıl praktikanın tətbiqini müzakirə edib.
Azərbaycanda halal infrastrukturun formalaşdırılması imkanları - MÜZAKİRƏ OLUNUB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyli tviter hesabına bildirib.
"Azərbaycanda halal infrastrukturun yaradılmasında beynəlxalq qabaqcıl praktikanın tətbiqi imkanlarına dair təcrübə mübadiləsini davam etdiririk. Dövlət Xidmətinin nümayəndələri Türkiyəyə səfər çərçivəsində bu ölkənin Halal Akkreditasiya Qurumunun nümayəndələri ilə görüş keçirib. Görüşdə keyfiyyət infrastrukturu sahəsində sistemli yanaşmanın vacibliyi vurğulanıb, qurumlar arasında texniki dəstək və ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib", - deyə o qeyd edib.