Azərbaycandakı şirkətlərin cəmi aktivlərinin həcmi 1 yanvar 2024-cü il tarixinə 328 milyard 728 milyon manata bərabər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2022-ci ilin sonu ilə müqayisədə 16 milyard 742 milyon manat və ya 5% çoxdur.
Məlumata əsasən ən yüksək aktivələr malik olan müəssisə və təşkilatlar mədənçıxarma sənayesinə daxildir. Bu sahə üzrə şirkətlərin aktivləri 151 milyard 147 milyon manata bərabər olub.
Emal sənayesi qrupuna məxsus şirkətlərin aktivləri ötən ilin sonuna 37 milyard 602 milyon manat təşkil edib.
Tikinti şirkətlərinin aktivləri 29 milyard 953 milyon manata bərabər olub.
Ən kiçik şirkətlər isə təhsil şirkətləri olub. Bu şirkətlərin aktivləri 399 miyon 123 min manata yaxın olub.ş
Daha ətraflı aşağıdakı cədvəldə: