2019-cu ildə Azərbaycan Rusiyadan $81 milyon dəyərində qənnadı məmulatları idxal edib, tədarükün həcmi 15% artıb.
Eləcə də bax: Azərbaycanda Rusiya şokoladlarının bazar payı artır - 73%-Ə ÇATIB
FED.az xəbər verir ki, “Rusiya ixracatçıları” (“Экспортеры России”) portalının verdiyi məlumatına görə, 2019-cu ilin yekunları üzrə Azərbaycan Rusiya istehsalı olan qənnadı məmulatlarının idxalına görə dördüncü yeri tutub.
Bütövlükdə, 2019-cu ildə Rusiya istehsalı olan qənnadı məmulatlarının ixrac həcmi 13% artaraq $1,3 milyarda çatıb.
İnterfaks