2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 335,481 min ton mineral gübrə ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 14,5% çoxdur.
Azərbaycan Polşa, İsrail və Yunanıstana azot gübrəsi ixrac etməyə - BAŞLAYIB
FED.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $198 milyon 649,8 min (artım 2,1 dəfə) təşkil edib.
Bundan başqa, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $80 milyon 306,2 min dəyərində (artım 95,3%) 96 min 506,8 ton mineral gübrə (azalma 21,7%) idxal edilib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 500 milyon avro borc vəsaitin payına düşüb. (İnterfaks-Azərbaycan)