2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 milyard 730,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Xatırladaq ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 milyard 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
Eləcə də bax: Azərbaycanda bu il real ÜDM pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər - PROQNOZ
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin 8 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,7 faiz artmışdır.
ÜDM istehsalının 40,4 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 5466,1 manata bərabər olmuşdur. (Marja)