Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58 469,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% az ÜDM istehsal olunub.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 2,8%-ə Düşüb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3%, neft-qaz sektorunda isə 6,3% azalıb.
“ÜDM istehsalının 34,2%-i sənaye, 11,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i tikinti, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9%-ni təşkil edib”, - məlumatda deyilir.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 861,6 manata bərabər olub. (Apa)