2020-ci ilin yanvar ayında Azərbaycanda 6 milyard 520,2 milyon manat Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.
Eləcə də bax: Azərbaycanda şirkətlərdə yaradılan iş yerləri – SAHƏLƏR, SİYAHI
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% artıqdır.
Qeyd edək ki 2019-cu ildə ümumi iqtisadi artımın 2,2% olduğunu nəzərə alanda yanvardakı 2,4% iqtisadi artım irəliləyiş sayıla bilər. Bununla yanaşı, ötən ilin eyni dövründə iqtisadi artım 2,9% təşkil etmişdi.
Yanvar ayında qeyri-neft ÜDM istehsalı 3 milyard 906,5 milyon manat, yəni ümumi iqtisadiyyatın 59,9%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda artım 4,9% olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə qeyri-neft sektoru ÜDM-nin 57,4%-ni təşkil etmiş, bu sahədə artım 2,7% olmuşdu.