2023-cü ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 60,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Büdcədə 1 milyard 400 milyon manat - ARTIQ VƏSAİT TOPLANIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artmışdır.
Əlavə dəyərin 43,7 faizi sənaye, 9,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,7 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 17,7 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 5946,9 manata bərabər olmuşdur