Azərbaycan 2020-ci ilin nar mövsümündə Fransaya 400 tonadək nar ixrac edəcək.
FED.az xəbər verir ki, bunu Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
Eləcə də bax: Azərbaycandan nar və nar məhsullarının ixracı - İKİQAT ARTIB
Onun sözlərinə görə, yerli istehsalçılar bu məsuliyyəti dərk edərək Fransanın tələblərinə və sertifikatlarına uyğun məhsul yetişdirəcəklər ki, bu ölkəyə nar məhsulunun ixracı daimi olsun: "Biz dünyada tələb olunan sertifikatlara uyğun nar becərməyi öz fermerlərimizə təlim kimi keçirik. Düşünürəm ki, məhsulun tədarükü ilə bağlı heç bir çətinlik olmayacaq".
Apa