Bu ilin yanvar-fevral aylarında Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə üzv şirkətlərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 386,147 milyon ABŞ dollara yüksəlib.
Eləcə də bax: Türkiyə Azərbaycandan rüsumsuz çay idxalına – ETİRAZ BAŞLADI
FED.az xəbər verir ki, bu barədə Şərqi Anadolu İxracatçılar Birliyi məlumat yayıb.
Sənədə əsasən, 2 ay ərzində ixracda ən yüksək artım sənaye, kənd təsərrüfatı və mədən sənayesində qeydə alınıb. Sənaye məhsullarının ixracı 18,8 % artaraq 261,593 milyon ABŞ dollara, kənd təsərüffatı məhsullarının ixracı 68,5 % artaraq 100,052 milyon ABŞ dollara, mədən sənayesi məhsullarının ixracı isə 79,55 % artaraq 24,501 milyon ABŞ dollara çatıb.
Hesabat dövründə Şərqi Anadolu vilayətindən ən çox məhsul İraqa (101,284 milyon ABŞ dollara) ixrac olunub. Onu, İran (28,762 milyon ABŞ dolları) və Azərbaycan (23,11 milyon ABŞ dolları) izləyib.(Report)