Türkiyə prezidentinin fərmanı ilə Azərbaycandan Türkiyəyə rüsumsuz çay idxalına başlanılıb.
FED.az xəbər verir ki, bəzi siyasətçilər buna etiraz ediblər
Qərara sərt reaksiya verən CHP partiyasının Rize ərazi başqanı Saltuk Deniz, «Bu qərarla Rizeli çay istehsalçılarına xəyanət edildi. Rizeli tərəfindən istehsal olunan çay anbarlarda kifləndiyi halda, rüsumsuz çayın Azərbaycandan gətirildiyini başa düşə bilmirik» deyib.
Onun sözlərinə görə, Türkyələ məşhur çay istehsalçısı olan ÇAYKUR-un 100 min tondan çox stoku var. Rüsumsuz çay idxalına icazə verilən Azərbaycanın ümumi illik çay istehsal həcmi isə min tondur, bunun 300 tonu Türkiyəyə ixrac ediləcək. Azərbaycanda isə illik çay istehlakı 2 min tondur. Yəni Azərbaycan istehsal etdiyi çayla yanaşı xaricdən də çay alır. «Türkiyə isə öz ehtiyaclarını ödəmək üçün xaricdən çay alan Azərbaycandan çayı rüsumsuz idxalı edir» - deyə CHP nümayəndəsi bildirib.