Azərbaycanın əsas alüminium məhsulları ixracçısı olan “Azəralümünium”un ixrac gəlirləri yanvar ayında kəskin azalıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərtib etdiyi yanvar ayı üzrə “İxrac İcmalı”nda bildirilir.
İcmala əsasən qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında “Azəralümünium” ASC 4-cü yerdə qərarlaşıb.
Şirkət bu ilin yanvarında ayında 10,4 milyon dollarlıq məhsul ixrac edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 milyon manat, yəni 35% azdır. Keçən ilin yanvarında “Azəralümünium” ASC-in ixrac gəlirləri 16 milyon dollar təşkil edib.