Dünya ictimaiyyəti ərzaq qıtlığı ilə üz-üzədir, iqlim dəyişikliklərinin təzahürləri özünü göstərir. Lakin Azərbaycan hələ ki ərzaq qıtlığı ilə üz-üzə deyil.
Eləcə də bax: Azərbaycandan xaricə ərzaq ixracına - MƏHDUDİYYƏT BAŞLAYIB – 100-DƏN ÇOX İMTİNA CAVABI
FED.az xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda müşahidə olunan iqlim dəyişikliyinin 150 il ərzində nəticəsini göstərəcəyi gözlənilir. Buna xüsusi hazırlıq lazımdır və bunun üçün də ilk növbədə ərzaq ehtiyatı artırılmalıdır:
“10 il bundan əvvəl 1 milyard 300 milyon insan qıtlıqdan əziyyət çəkirdisə, son illərdə bu rəqəm xeyli azalıb. Belə ki, hazırda 850-900 milyon ətrafında insan aclıqdan əziyyət çəkir”.
Şöbə müdiri həmçinin vurğulayıb ki, yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir.
“Bioloji silah kimi istifadə olunan törədicilərin 82 faizini heyvan mənşəli olanlar təşkil edir. Ət və süd məhsulları xəstəlikyayma baxımından olduqca əlverişli vasitədir”. (Apa)