Dünya bazarında alüminiumun 1 tonunun qiyməti 2008-ci ilin iyul ayından bəri ilk dəfə 3 min ABŞ dollarını keçib.
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, London Metal Birjasında (LME) 3 ay sonra çatdırılmaq şərtilə alüminiumun 1 tonunun qiyməti 1,5 % artaraq 3 006 dollar olub. (Report)