Avropanın ən byöük iqtisadiyyatı 2013-cü ildən bəri ən böyük geriləmə yaşayır.
FED.az xəbər verir ki, 2018-ci ilin 3-cü rübündə ölkədə ümum daxili məhsul istehsalı 0,8% azalıb. Bu 2013-cü ildən indiyədək baş verən ən pis göstəricidir. Ümumiyyətlə alman iqtisadiyyatının azalması son 3 il yarımda ilk dəfədir ki, baş verir.
FED.az xəbər verir ki, Almaniyada ÜDM-in azalması ABŞ prezidenti trampın apardığı yeni ticarət siyasəti, alman avtomobil şirkətlərinin problemləri və Çində tələbatın azalması fonunda baş verir.
«The Wall Street Journal»ın rəyini öyrəndiyi ekspertlər bildirir ki, yaxın aylarda Almaniya iqtisadiyyatı özünə gələcək. Amma onun artım sürəti üçün bir sıra risklər var.
İlk növbədə bu ABŞ prezidenti Donald Trampın apardığı ticarət siyasətidir. (yazda Tramp Avropadan gələn alüminium və polada əlavə rüsumlar tətbiq edib). Alman iqtisadiyyatına Avropada avtombillər üçün tətbiq edilən yeni ekoloji tələblər də təsir edir.
Məhz bu yeni sertifikatlaşdırma səbəbindən
Daimler və Volkswagen gəlirləri üzrə proqnozları aşağı saldılar.
«Amma hətta bu poblemlər olmasaydı da Almaniya iqtisadiyyatı Çində tələbatın azalmasına görə, arta bilməyəcəkdi»-deyə Commerzbank-ın baş iqtisadçısı Yorq Kremer bildirib.
«Bir ay artımın olmaması təşviş yaratmamalıdır, amma eyni zamanda artım sürəti də yavaşıyır»-deyə Almaniya avtomobil şirkətlərinin ittifaqının rəhbərlərindən biri Ralf Vixers bildirib.
Almaniya Avropa iqtisadiyyatının aparıcı iqtisadiyyatlarından biridir. Avrozona ölkələrinin birgə ÜDM-si (19 dövlət) 3-cü rübün nəticələrinə görə, 0,7% artıb. Bu da 2013-cü ildən bəri ən aşağı göstəricidir.
3-cü rübün nəticələrinə görə, Almaniyanın illik göstəriciləri də aşağı düşə bilər. Yeni proqnoza görə, ölkədə iqtisadi artımın gözləniən 2,3% əvəzinə 1,6% olması proqnoz edilir. 2019-cu ildə isə bu göstərici 1,5% gözlənilir.