ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiya qərarı imzalayıb.
FED.az xəbər verir ki, qərara əsasən məhdudiyyətlər dəmir, alüminium, mis, polad istehsalına tətbiq ediləcək.
Bundan başqa, sanksiyalar bu metalları istehsal edən iranlı sahibkarlarla yanaşı, İrandan həmin məmulatların alqı-satqısını təşkil edən xarici şirkətlərə də aid edilir. Bundan başqa, həmin metalların istehsalı və hasilatı üçün İrana məhsul və avadanlıqların satılması da qadağan edilib.
Tramp bildirib ki, yeni sanksiya İran ixracatına 10% təsir edəcək.
ABŞ İranı divara "dirəyr" - YENİ SANKSİYALAR BAŞLADI
01:29
9 May 2019