“Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozalın “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmlərinin İPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarılması ilə bağlı verdiyi açıqlama yanlış anlaşılıb.
ELƏCƏ DƏ BAX: "Məmurlar pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı"
FED.az xəbər verir ki, bu barədə holdinqin yaydığı müraciətdə bildirilir.
“A.Goozal şirkətinin səhmlərini orta təbəqəyə aid insanların və məmurların alacağını qeyd edib. Türk dilində “Məmur” sözü Azərbaycan dili ilə müqayisədə fərqli məna kəsb etməkdədir və “orta, alt təbəqə dövlət qulluqçuları” deməkdir. A.Goozal də açıqlamasında sahibkarlarla yanaşı bu zümrəni nəzərdə tutub”, - deyə müraciətdə qeyd olunub.