3 səhmdarının “Suraxanı Bazar” ASC zərər vurduğu bildirilir.
FED.az xəbər verir ki, 30 iyun 2018-ci il tarixində “Suraxanı Bazar” ASC səhmdarlarının ümumi yığıncağı
keçiriləcəkdir.
Gündəlikdəki məsələlərdən biri Cəmiyyətin balansında olan qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində səhmdarlar E.Əsədovun, A,Əsədovun və S.Məmmədovanın səhmdar cəmiyyətə vurduqları zərərin müzakirəsi və onlar haqqında qərar qəbul olunmasıdır.
Həmçinin yığıncaqda Cəmiyyətin 2017-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, Cəmiyyətin illik dividend paylarının bölünməsi haqqında və digər məsələlər müzakirə ediləcəkdir.
“Suraxanı Bazar” ASC Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 ünvanında fəaliyyət göstərir.