2035-ci ildə insanların artıq çəki və piylənmə problemləri ilə bağlı Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər.
Azərbaycanda iqtisadi artım Gürcüstan və Ermənistandan az olacaq – YENİ PROQNOZLAR
FED.az xəbər verir ki, bu proqnoz Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsində əks olunub.
Hesabatda təqdim edilən məlumatlara əsasən, 2020-ci ildə əhalinin artıq çəki və piylənmə səbəbindən Azərbaycan iqtisadiyyatının itkiləri $1,273 milyard və ya ÜDM-in 2,8%-ni təşkil edib.
“2025-ci ildə bu itkilər $1,74 milyarda (ÜDM-in 3.2%-ni), 2030-cu ildə - $2,444 milyarda (ÜDM-in 3,8%-ni), 2035-ci ildə - $3,461 milyarda (ÜDM-in 4,4%-ni) çata bilər», - hesabatda vurğulanır.
Təşkilatın qiymətlənsirmələrinə görə, 2020-ci ildə bu problem ilə mübarizəyə Azərbaycanda səhiyyə sisteminin xərcləri $108 milyon həcmində qiymətləndirilir, 2025-ci ildə $130 milyon, 2030-cu ildə - $165 milyon, 2035-ci ildə - $210 milyon təşkil edəcək.
Təşkilatın analitikləri hesab edirlər ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək.
Bu vaxta qədər dünyada 4 milyarddan çox şəxs artıq çəki problemi ilə üzləşə bilər (hesabata əsasən, 2020-ci ildə 2 milyard 603 milyon şəxs), 1 milyard 914 milyon nəfər isə piylənmədən (2020-ci ildə 988 milyon şəxs) əziyyət çəkə bilər.
2035-ci ildə əhalinin artıq çəki və piylənmə problemi ilə əlaqədar dünya istisadiyyatının zərəri $4,32 trilyon və ya dünya ÜDM-in 2,9%-ni (2020-ci ildə - $1,96 trilyon və ya dünya ÜDM-in 2,4%-ni) təşkil edə bilər. (İnterfaks-Azərbaycan)