Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Şərq və Qafqaz ölkələrində iqtisadi proqnozlarını açıqlayıb.
FED.az xatırladır ki, bu ərazilərə Azərbaycan, Gürcüstanvə Ermənistanla yanaşı, Ukrayna və Moldova da aiddir.
Avropa Bankı hesab edir ki, 2023-cü ildə regionda ümumiləşdirilmiş iqtisadi artım gəmi 1,6% olacaq. 2024-cü ildə isə iqtisadi artım sürəti 3,2%-ə yüksələcək.
Avropa Bankının analitiklərinin proqnozlarına görə, 2023-cü ildə sözügedən regionda ən pis iqtisadi vəziyyət heç də müharibə aparan Ukraynada deyil, Moldovada olacaq. Belə ki, 2023-cü ildə Moldovada iqtisadi artım deyil, 1,6% iqtisadi geriləmə olacağı gözlənilir. Ukraynada isə 1% iqtisadi artım proqnoz edilir.
Qafqazın 3 respublikasına gəlincə Avropa Bankının proqnozuna görə, 2023-cü ildə bu regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – cəmi 2,5%. Bu dövrdə Gürcüstanda 5%, Ermənistanda isə 4% iqtisadi artım gözlənilir.
Bu vəziyyət 2024-cü ildə də davam edəcək. Proqnozlara görə, 2024-cü ildə regionda ən aşağı iqtisadi artım Azərbaycanda olacaq – cəmi 2,7%.
Başqa sözlə, Azərbaycanda gözlənilən iqtisadi artım sürəti region üzrə orta göstəricidən də (3,2%) az olacaq.
Regiondakı digər bütün ölkələrdə iqtisadi artım daha sürətli olacaq. Belə ki, 2024-də Gürcüstanda 5,3%, Ermənistanda 4,8%, Moldovada 3,5%, Ukraynada isə 3% iqtisadi artım olacaq.
Ölkələr |
Proqnoz |
|
2023 |
2024 |
|
Şərqi Avropa və Qafqaz region |
1,6% |
3,2% |
Ermənistan |
4,0% |
4,8% |
Azərbaycan |
2,5% |
2,7% |
Gürcüstan |
5,0% |
5,3% |
Moldova |
-1,3% |
3,5% |
Ukrayna |
1,0% |
3,0% |