"İqtisadi İnkişaf Nazirliyinin ilkin hesablamalarına görə, bu il Rusiyada ümumi daxili məhsulun (ÜDM) azalması təxminən 20,7% inflyasiya ilə 8,8%-dən 12,4%-ə qədər olacaq",
Eləcə də bax:Dünya Bankı: 2022-ci ildə ərzaq qiymətləri - 23% ARTACAQ
FED.az xəbər verir ki, bunu çərşənbə günü Hesablama Palatasının rəhbəri Aleksey Kudrin iclasda çıxış edərkən bildirib.
"Bu gün iqtisadiyyat çətin dövr yaşayır. Gözlənilir ki, İqtisadi İnkişaf Nazirliyinin ilkin hesablamalarına əsasən, bu il onun azalması 8,8%, daha konservativ ssenaridə isə 12,4% təşkil edəcək. Baza proqnozuna görə, bu il inflyasiya 20,7% təşkil edəcək", -Kudrin bildirib.
O, həmçinin qeyd edib ki, hökumət makroproqnozun (3 il üçün sosial-iqtisadi inkişaf proqnozu) dərcini gecikdirir.
Hesablama Palatasının sədri əlavə edib ki, Rusiya regionlarının iqtisadiyyatı yaxın gələcəkdə sanksiyalara görə çox differensiallaşacaq.
Kudrin bildirib ki, Rusiya bu il iqtisadiyyatı dəstəkləmək üçün təxminən 6,3 trilyon rubl xərcləyəcək. (Marja)