Dövlət Statistika Komitəsi 2018-ci ilin ilk 9 ayı üçün əsas kapitala yönəldilmiş investisyalar haqqında göstəriciləri açıqlayıb. Komitənin FED.az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, Respublika üzrə əsas kapitala yönəldilmiş investisyaların məbləği 10 mlrd 831 mln 682 min manatdır. Bu məbləğin də 6 mlrd 834 mln 542,8 min manatı və ya 63,10%-i daxili investisyanın, qalan 3 mlrd 997 mln 139,2 min manatı və ya 36,90%-i xarici investisyanın payna düşür.
Eləcə də bax: Azərbaycanda biznes qurmalı yer Naxçıvan imiş – YENİ REYTİNQ
Respublika üzrə qoyulan xarici investisyalarda böyük pay Bakı şəhərinə məxsusdur. Belə ki, yanvar-sentybar aylarında Bakı şəhərinə yatırılan xarici investisyaların ümumi məbləği 3 mlrd 983 mln 846,5 min manat olub. Bu bütün xarici sərmayələrin 99,6%-ni təşkil edir.
Ölkənin bölgələrinə isə xarici investisiyaların həcmi minimumdur. Belə ki, bu dövrdə xaricilər Azərbaycanın cəmi 3 bölgəsinə yatırım ediblər. Bunlar Ağstafa Mingəçevir və Naxçıvan İqtisadi Rayonudur.
2018-ci ilin yanvar-sentyabr aylarında Ağstafa rayonuna ümumilikdə 5 milyon 746 min manat xarici sərmayə yatırılıb. Qeyd edək ki, bu müddətdə rayona ümumilikdə 32 milyon 135,2 min manat yatırım edilib. Başqa sözlə, xarici yatırımlar ümumi investisiya qoyuluşunun 17,9%-ni təşkil edib.
Mingəçevir şəhərinə qoyulan xarici investisyaların məbləği isə 250 min manatdır. Bu şəhərə ümumilikdə 35 mln. 972 min manat sərmayə yatırılıb. Başqa sözlə, xarici yatırımlar ümmi məbləğdə cəmi 0,7% payı malikdir.
Naxçıvan iqtisadi rayonu üzrə verilən göztəricilərdə rayonlar ayrılıqda göstərilmədiyinə görə, bu iqtisadi rayon üzrə ümumən 7 mln 296,7 min manat dəyərində xarici investisya qoyulub. Ümumilikdə bu dövrdə muxtar respublikaya 779 milyon 920 min manat investisiya yatırılıb. Xarici investisiyalar isə bu göstəricidə 0,9% paya malikdir.
Xarici investorlar Azərbaycanın cəmi 4 bölgəsinə - PUL YATIRIBLAR
16:06
4 Yan 2019