İnvestisiya fondlarının idarə edilməsini həyata keçirən hüquqi şəxsin (idarəçi) nizamnamə kapitalının minimum məbləği 125 min manat müəyyən edilib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda invetisiya şirkətlərinin dövriyyəsi - AÇIQLANDI
FED.az-ın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasınin qərarı ilə təsdiqlənən “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında Qaydalar”nda əksini tapıb. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10 milyon manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200 min manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625 faiz həcmində artırmalıdır.
Məcmu kapitalın artırılan hissəsi 2 milyon manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.
ELƏCƏ DƏ BAX: Bakı Fond Birjasının dövriyyəsi artıb
İnvestisiya fondları ilə bağlı - YENİ TƏLƏB
16:27
25 Okt 2018