Bakı Fond Birjası (BFB) Azərbaycanda investisiya şirkətlərinin yanvar-mayı üzrə əməliyyatlarının həcmini açıqlayıb.
FED.az məlumata istinadən xəbər verir ki, açıqlanan dövrdə ölkədəki 11 investisiya şirkətindən 9-da əməliyyatlar aparılıb, 2 şirkətin əməliyyatı olmayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə 4 investisiya şirkətində əməliyyatların həcminin artımı, 5 şirkətdə isə azalması müşahidə edilib.
Əməliyyatların ən sürətli artımı «İnvest-Az» investisiya şirkətində qeydə alınıb – 3 dəfəlik artımla əməliyyatlar 47,5 milyon manatdan 142,5 milyon manata yüksəlib.
«BTB Kapital» şirkətində 67%, «Unikapital» şirkətində isə 57% artım baş verib.
Azalmanın baş verdiyi investisiya şirkətləri arasında isə ən sürətli geriləmə «CPM-İnvest» investisiya şirkətində baş verib – 2,3 dəfəlik azalmadan sonra şirkətin əməliyyatları 2,8 milyard manatdan 1,2 milyard manata düşüb.
İnvestisiya şirkətləri |
2022-ci il üzrə dövriyyə |
2023-cü il üzrə dövriyyə |
Dinamika %-lə |
|
1 |
"İnvest-Az İŞ" QSC |
47 512 553 |
142 481 324 |
3 dəfə |
2 |
“BTB Kapital İŞ” ASC |
395 731 611 |
662 449 691 |
67.4% |
3 |
"Unicapital İŞ" ASC |
871 467 657 |
1 366 975 422 |
56.9% |
4 |
“PAŞA Kapital İŞ” QSC |
4,270 416 854 |
5 032 412 470 |
17.8% |
5 |
"ABB İnvest İŞ" QSC |
1 781 993 718 |
1 642 459 596 |
-7.8% |
6 |
"AzFinance İŞ " QSC |
806 349 475 |
603 017 375 |
-25.2% |
7 |
"PSG Kapital İŞ" QSC |
100 142 321 |
60 903 746 |
-39.2% |
8 |
"Xalq Kapital İŞ" QSC |
368 297 370 |
156 994 754 |
-2,3 dəfə |
9 |
CPM-İnvest İŞ QSC |
2 847 846 869 |
1 251 179 117 |
-2,3 dəfə |
10 |
“MFX Trading İŞ” ASC |
- |
- |
- |
11 |
"Troni" İŞ” QSC |
- |
- |
- |