Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 264 467 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.
Komitə sədri qanunsuz evlərin tikilməsində əsas günahkarları - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,9 % çoxdur.
Qeydiyyatı aparılan əmlaklardan 24 945-i fərdi yaşayış və bağ evi, 45 815-i mənzil, 188 132-si torpaq sahəsi, 1 519-u qeyri-yaşayış binası, 3 645-i qeyri-yaşayış sahəsi, 351-i əmlak kompleksi, 60-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 47 817-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Hesabat dövründə 218 114 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 66,3 % çoxdur.
İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 14,6 % artaraq 39 093 olub. (Report)