Amerikanın ofis avadanlığı istehsalçısı “Xerox” Rusiyaya məhsulların tədarükünü dayandırır.
Eləcə də bax: Rusiyada “Instagram”ın analoqu - HAZIRLANIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Ksavye Heyss məlumat yayıb.
“Heç bir şeyin tədarükü planlaşdırılmır”, – deyə Heyss söyləyib. O qeyd edib ki, Rusiya və Ukraynada “Xerox” ayrı-ayrı hüquqi şəxslərlə təmsil olunur. Heyssin fikrincə, Rusiya bölməsi Ukrayna bölməsi kimi böyük məbləğdə gəlir gətirmir.
Yel Universitetinin məlumatına görə, Ukraynada xüsusi əməliyyat başlayandan bəri 400-ə yaxın Qərb şirkəti Rusiya bazarındakı fəaliyyətini dayandırıb və ya onu tamamilə tərk edib. Onlar arasında arasında “Intel”, “Dell”, “Canon”, “Samsung”, “HP”, “Epson”, “Microsoft”, “Cisco” və digərləri yer alır.