Aprelin 29-da Türkiyədə “Meta” şirkəti yerli antiinhisar orqanının qərarı ilə “Threads” xidmətinin fəaliyyətini dayandıracaq.
"Facebook"un yaratdığı "Twitter" variantı alınmadı - İSTİFADƏÇİLƏR İKİQAT AZALDI
FED.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, Türkiyənin Rəqabət Təşkilatı mart ayında “Threads” və “Instagram” (Meta-ya məxsus) arasında məlumat mübadiləsini qadağan edən müvəqqəti qərar verib.
Qeyd edək ki, “Meta” şirkəti Rusiyada ekstremist elan edilib və qadağan olunub. (Trend)