Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabında prezident Rəcəb Tayyib Ərdoğanın Tesla və SpaceX-in qurucusu İlon Mask (Elon Musk) ilə görüşü ilə bağlı paylaşım edib.
Tesla 25 min dollara, Chery isə yarı qiymətə təklif edir - FOTO
FED.az xəbər verir ki, Kaçır, prezident Ərdoğanın Maskı Türkiyəyə investisiya yatırmaöa dəvət etdiyini bildirib.
Ərdoğan “Türkiyənin Togg ilə elektrikli avtomobil istehsalına addım atdığını, Teslanın Avropada 2-ci, dünyada isə 7-ci zavodunu Türkiyədə qurması üçün dəstək verməyə hazır olduğunu” deyib. İlon Mask artıq bir sıra Türkiyə şirkətinin Tesla ilə işlədiyini və Türkiyənin Tesla investisiyası üçün ən əhəmiyyətli namizədlər arasında olacağını bildirib.
Mask həmçinin Türkiyənin səlahiyyətli qurumları ilə işləmək və Starlink peyk xidmətləri ilə bağlı Türkiyə ilə əməkdaşlıq etmək arzusunda olduğunu deyib.
Ərdoğan Türkiyənin pilotsuz uçuş aparatları (PUA) texnologiyası sahəsində dünyanın ən uğurlu ölkələrindən biri olduğunu bildirib.
Gələcəyin müharibələrinin qabaqcıl PUA-lar arasında olacağına inandığını qeyd edən Mask, dünyanın Türkiyə PUA-larına olan marağından xəbərdar olduğunu təsdiqləyib. (Marja)