Azərbaycanda rabitə müəssisələri tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 801 milyon manatlıq xidmət göstərilib ki, bu da 2019-cu ilin eyni dövründən 1,4% artıqdır.
Eləcə də bax: Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 1,8% artıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 73,2 faizi əhali tərəfindən istehlak edilib.
Xidmətlərdən əldə edilən gəlirin 41,9 faizi və ya 754,4 milyon manatı mobil telefon rabitəsi sahəsinin payına düşüb.
Komitənin məlumatına görə, hazırda Azərbaycanın rabitə sahəsində 29,1 min nəfər çalışar ki, onun da 15,6 min nəfəri dövlət sektorunda, 13,5 min nəfər isə özəl sektorda çalışır.
Rabitə sahəsində orta maaş 1071 manatdır. Özəl sektordakı maaşlar dövlətə nisbətən xeyli yüksəkdir. Belə ki, dövlət rabitə müəssisələrində orta maaş 819 manat olduğu halda, özəl rabitə şirkətlərində əmək haqları 1383 manat və ya təqribən 70% yüksəkdir.
Bununla yanaşı, nəzərə alanda dövlət müəssisələrinin işçi başına gəlirlilik göstəricisi daha yüksəkdir. Belə ki, bu ilin ilk 10 ayının nəticələrinə görə, özəl rabitə müəssisələrində çalışan hər bir işçiyə orta hesabal 56 min manat gəlir düşdüyü halda, dövlət müəssisələrində bu göstərici 67 min manat təşkil edir.