Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 671 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycana mobil telefonların idxalı avqustda - Kəskin Artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,9%-ni təşkil edib.
"Bu ilin doqquz ayında informasiya və rabitə müəssisələri tərəfindən 1 602,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 73,6%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 2,7% artıb", - deyə komitədən bildirilib. (Apa)