"Azercell" Zəfər Gününü xalqımıza yaşadan şanlı Azərbaycan ordusuna sonsuz hörmətinin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımıza yeni “Veteran tarifi”-ni təqdim edib.
FED.az xəbər verir ki, qələbə günü münasibətilə dəyərli veteranlara, həm də, qələbə tariximizin gün və ayını simvolik şəkildə əks etdirən “8-11” seriyası ilə başlayan yeni nömrələr də hədiyyə ediləcək.
Prezident Şuşa ilə bağlı - SƏRƏNCAMLAR İMZALAYIB
Sim-Sim abunəçiləri üçün nəzərdə tutulan “Veteran tarifi”-nə qoşulmaq istəyən abunəçi şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən təqdim edilən və veteran statusunu təsdiq edən rəsmi sənədlə Azercell Müştəri Xidmətlərinə, və ya Azercell Ekspres ofislərindən birinə yaxınlaşa bilər.
Qeyd edək ki, yeni tarif daxilində bütün şəbəkədaxili zənglər - 0.03 AZN; Şəbəkəxarici zənglər - 0.04 AZN; hər 1MB mobil internet – 0.03 AZN; SMS - 0.03 AZN təşkil edəcək.
Nəzərə çatdıraq ki, yeni tarif Böyük Vətən Müharibəsi, Əfqanıstan Müharibəsi, Birinci Qarabağ Müharibəsi və İkinci Qarabağ müharibələrində iştirak edərək veteran statusu alan bütün vətəndaşlarımıza şamil edilir. Tarif haqqında daha ətraflı məlumatı www.azercell.com saytı vasitəsilə əldə etmək olar.
Xatırladaq ki, 44 gün davam edən Vətən Müharibəsi ərzində şanlı ordumuzun ardınca irəliləyərək Qarabağda ilk mobil şəbəkəni qurmağa müvəffəq olan məhz Azercell-in texniki komandası oldu.
“Azercell Telekom” veteranlarımıza bu yeni tarif və nömrələrlə hər zaman yalnız qələbə müjdələrini və xoş xəbərləri paylaşmağı arzulayır, hamını 8 noyabr, Zəfər Günü münasibətilə təbrik edir!