Dünyanın ən böyük proqram təminatı istehsalçısılarından biri olan «SAP» şirkəti martın 20-dən sonra Rusiya şirkətləri üçün bulud xidmətlərini dayandırır.
Təhlükəsiz İnternet Günü: onlayn mühitdə şəxsi məlumatlarınızı necə qorumalı
FED.az xəbər verir ki, Almaniyanın «SAP» şirkəti Rusiyaya qarşı sanksiyaları sərtləşdirərək Rusiyanı tərk etməyə davam edir və bu dəfə rusların bulud xidmətlərinə çıxışını əngəlləyəcəyini vəd edir. Martın 20-dən etibarən SAP şirkətinin Rusiyadakı istifadəçiləri daha şirkətin xidmətlərindən istifadə edə və hətta buludda əvvəllər yüklənmiş məlumatlara və fayllar da daxil ola bilməyəcəklər.
Qeyd edək ki, Rusiyada SAP-ın xidmətindən geniş istifadə olunur. 2022-ci ilin mart ayına (Rusiyanın Ukraynanı işğal etməyə başlamasına) qədər SAP-ın Rusiyada təxminən 1,5 min müştərisi var idi. Bunlar ciddi müştərilər – əksəriyyəti neft-qaz, kimya, metallurgiya və maşınqayırma sənayesindəki şirkətlər idi. 2024-cü ilin əvvəlindən şirkət Rusiyadakı müştəriləri üçün proqram təminatını dəstəkləməyi dayandırmış, yalnız bulud xidmətlərinə çıxışı saxlamışdı. Amma müştərilər yenə də onun xidmətindən istifadəyə davam edirdilər.
Müxtəlif araşdırmalara görə, Rusiya şirkətlərinin 60%-i SAP məhsullarından istifadə etməyə davam edir. Müştərilərin 70%-ə qədəri isə başqa servislərə keçməyin böyük xərcinə görə, gələcəkdə də SAP-dan imtina etməyi planlaşdırmır. Üstəlik Alman şirkətinin məhsulları üçün layiqli yerli əvəz də hələ tapılmayıb.
İndi isə bu şirkətlər üçün SAP bulud xidmətlərinin əvəzini tapmaq çətin olacaq, xüsusən də belə qısa müddətdə. Bu o deməkdir ki, tətbiq edilən sanksiyalara məhəl qoymadan SAP xidmətlərindən istifadə etməyə davam edənlər bir sıra problemlərlə üzləşəcəklər.