Azərbaycanda elektron və məişət texnikası bazarını aparıcı oyunçularından olan «Bakı Elektroniks» 2019-cu ili böyük gəlir və mənfəətlə başa vurub.
Eləcə də bax: 191 milyon manat kapitalı var, bir ildə - CƏMİ 2 MİN MANAT QAZANIB
Şirkətdən FED.az-a verilən məlumata görə, 2019-cu ildə «Bakı Elektroniks»in satışları 70%-ə yaxın artıb. Belə ki, 2018-ci ildə şirkət 90,5 milyon manatlıq satış etmiişdisə, 2019-cu ildə bu rəqəm 69% artaraq 152 milyon 529 min manata yüksəlib. Bu dövrdə satışın maya dəyəri də 69% artaraq 149 milyon 477 min manat təşkil edib.
Yeri gəlmişkən, satışı maya dəyəri ilə satış gəlirlərinin düppədüz eyni dərəcədə (69% və 69%) artımı bir qədər qəribədir və diqqəti cəlb edir. Həm 2019, həm də 2018-ci illər üzrə hesabatdan belə çıxır ki, «Bakı Elektroniks»in əməliyyat gəliri ilə satış həcmi arasında cəmi 2% (2019-da 1,8%, 2018-də 2,1%) fərq var.
Hesabatdakı bu göstərici xərclərin şişirdildiyi təəssüratı yaradır. Amma bu yalnız FED.az-ın ehtimalıdır.
2019-cu ildə şirkətin sair əməliyyat gəlirləri 2,1 dəfə artaraq 152,2 min manata çatıb. İnzibati xərclər isə 66% artaraq 98 min manat təşkli edib.
2019-cu ildə «Bakı Elektroniks» 4 milyon 740 min manat fövqəladə gəlir əldə edib. Bu əvvəlki ildən 61% artıqdır.
Fövqəladə xərclər isə 12,5 dəfə artaraq 132 min manatdan 1,6 milyon manata yüksəlib.
Nəticədə «Bakı Elektroniks»in vergitutmadan əvvəlki mənfəəti 5 milyon 895,5 min manat təşkil edib.
1 milyon 429 min manat mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 4 milyon 466,3 min manat təşkil edib.
Bu 2018-ci illə müqayisədə 18,3% artıqdır.
2019-cu ildə «Bakı Elektroniks»in aktivləri 49% artaraq 93 milyon manatı keçib. Kapitalı isə 31% artaraq 18,8 milyon manat olub.
2019-cu ildə «Bakı Elektronniks»in borcları da kəskin artıb. Ötən il şirkətin bank kreditləri 16,7 milyon manat artaraq 19 milyon manata yaxınlaşıb. Şirkətin digər kreditləri isə 10 milyon manatdan çox artaraq 29 milyon manata yaxınlaşıb.