“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.
Bayram endirimləri bitsə də, şəbəkənin elə bu gündən etibarən başlayan “Sürpriiiiz” kampaniyası nağd və hissəli alışda olduqca ürəkaçan fürsətlər təklif edir. Düz aprelin 28-ə qədər davam edəcək bu kampaniya ilə cibiniz sözün əsl mənasında bayram edəcək.
Kampaniya müddətində çoxdandır almağı planladığınız bütün növ məhsulların nağd alışda 50%-dək endirimdə olması sizi yaxşı mənada təəccübləndirəcək. Hələ ardı da var... İndi alıb, ödənişi isə hissə-hissə etmək istəyən alıcılara isə smartfon və notbukları 12 ay, qulaqlıq, smart saat, televizor, məişət texnikası, qab-qacaq və ev tekstilini 18 ay, və nəhayət, mebelleri 24 ay faizsiz, komissiyasız və ilkin ödənişsiz şərtlərlə almaq imkanı verilir.
Kampaniya təkliflərindən bəziləri ilə elə burada tanış olaq:
- 109 sm ekranlı və smart texnologiyalıLG televizorunuindi nağd alışda 1350 yox, 940 manata;
- 311 Lt həcmi olan və NoFrost sistemliSamsung soyuducusunu1600 yox, 860 manata;
- 256 Gb-lıq Amoled displeyliXiaomi Redmi Note 13 smartfonunuayda 29 manata;
- 1800 Vt gücə malik və keramik altlıqlıGorenje ütüsünüayda cəmi 3 manata;
- Baza və yataq mexanizmliArizona divanınıisə ayda sadəcə 25 manata almaq şansınız var.
Bir sözlə, sürpriz sevənlərin və edənlərin üzünü güldürəcək bu kampaniya günlərindən vaxtında yararlanmaq üçün “Kontakt” mağazalarının sizə ən yaxın ünvanına baş çəkə, eyni zamanda kontakt.az saytında alış-verişin rahatlığından faydalana bilərsiniz.