Mağazaları sərbəst gəzməyi sevirsiniz və bu zaman satış təmsilçilərinin sizə yaxınlaşmağını istəmirsiniz? Sevindirən mağazamız olan “Kontakt Home” məhz sizin rahatlığınızı düşünərək maraqlı yenilik edib.
Artıq “Kontakt Home” ziyarətçiləri mağazaların girişindəki “Yaxalıq tax, sən çağıranda gələk” stendində asılan xüsusi yaxalıqları taxmaqla, əməkdaşlara mağazada sərbəst gəzmək istədiklərini və yardıma ehtiyac duymadıqlarını bildirmiş olurlar. Beləliklə, satış məsləhətçiləri yalnız müştəri özü çağırdıqda ona yaxınlaşacaqlar.
Araşdırmalara əsasən, ziyarətçilərin bir qismi mağazaya birbaşa alış-veriş qərarı ilə gəlmir, bəzən məhsulu şəxsən araşdırmaq və mağazanı gəzmək üçün müəyyən vaxta ehtiyacı olur. “Kontakt Home”-un bu təşəbbüsü sayəsində isə müştərilər özlərini basğı altında hiss etməyərək mağazanı rahatlıqla gəzə bilərlər. Axı “Kontakt Home” ziyarətçiləri mağazaya yalnız alış-veriş üçün deyil, həm də xoş əhval-ruhiyyə üçün gəlir. Çünki onlar burada Playstation oyunları oynaya, ödənişsiz qəhvə içə və ya övladlarını Uşaq zonasına etibar edərək məhsullarla maraqlana bilərlər.
Kontakt Home hazırda Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri, Apple brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 29 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.