FED.az xəbər verir ki, "Kontakt Home" İnsan resursları üzrə köməkçi (HR Assistant) vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Vəzifələr:
• Əmək müqavilələrinin və xidmətlər göstərilməsi haqqında müqavilələrin tərtib olunması;
• İşçilərin şəxsi işlərrin hazırlanması və arxivləşdirilməsi;
• Əmək haqqı və digər kartların sifariş edilməsi;
• Arayışların hazırlanması;
• İnsan resurlarına aid digər funksiyaların yerinə yetirilməsi.
Tələblər:
• Ali təhsil;
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
• İnzibati sahədə iş təcrübəsi arzuolunandır;
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş barədə məlumat
• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V iş günləri (09:00-18:00), VI,VII istirahət günləri
• Karyerı inkişafı imkanları
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “İnsan resursları üzrə köməkçi” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.