FED.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” Transformasiya Ofisinə Korporativ Bankçılıq üzrə Baş mütəxəssis vakansiyasını açıq elan edir.
Eləcə də bax: "Bank of Baku" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
- Korporativ Bankçılıq sahəsində strateji təşəbbüslər üzrə məsul şəxslərə (initiative owner) dəstək olmaq;
- Beynəlxalq məsləhətçilərlə birgə strateji təşəbbüslərin tətbiqində iştirak etmək;
- Korporativ Bankçılıq sahəsində strateji təşəbbüslərin həyata keçirilməsini koordinasiya etmək, icrasını izləmək, müvafiq hesabatlar və təqdimatlar hazırlamaq;
- Strateji təşəbbüslərin icrası zamanı yaranan risk və əngəlləri müəyyən etmək, təhlilini aparmaq və onların aradan qaldırılması və ya minimallaşdırılması üçün təkliflər vermək
Profil tələbləri:
- Ünsiyyət və təqdimat bacarıqları;
- Yüksək səviyyədə İngilis və Azərbaycan dilində yazmaq və danışmaq qabiliyyəti;
- Komandada iş bacarıqları;
- Güclü analitik düşüncə, strukturlaşdırma və rəqəmlərlə iş qabiliyyəti;
- Monitorinq və qiymətləndirmə bacarıqları
Bacarıq və təcrübə tələbləri:
- Korporativ bankçılıq sahəsində toplam ən azı 3 illik iş təcrübəsi;
- Korporativ bank məhsullarına dair məlumatlı olmaq;
- Korporativ bankçılıq sahəsində biznes-proseslərlə tanış olmaq, Bankın xidmət şəbəkəsi haqqında biliklərə malik olmaq;
- PowerPoint (və ya digər təqdimat proqramları), Excel proqramları üzrə yüksək səviyyəli biliklərə sahib olmaq
Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 27 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Transformasiya ofisinə Korporativ Bankçılıq üzrə Baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.