İKT

Kontakt Home işçi axtarır - VAKANSİYA

Kontakt Home işçi axtarır - VAKANSİYA | FED.az
20:23 20 Avq 2019

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Mağaza meneceri (Gəncə)

Vəzifələr:

• Satış personalının və kredit bölməsinin idarəedilməsi
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması
• Assortimentin və satışın analizi
• Daxili inventarizasiyanın aparılması
• Alıcılarla iş

Zəruri tələblər:

• 2 ildən artıq satış sahəsində idarəetmə təcrübəsi
• Təcrübəli kompyuter, 1C və Excel istifadəçisi
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır

Şəxsi keyfiyyətlər:

• Liderlik xüsusiyyətləri
• Yaranmış problemləri həll etmə bacarığı
• Nəticə yönümlülük
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı
• Komandada işləmək bacarığı

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 6 iş günü, 1 gün istirahət
- Əmək haqqı- 1500 - 2200 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza meneceri” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Digər xəbərlər