İsraillə İran və XAMAS arasındakı qarşıdurma tamamilə gözlənilməyən formada özünü Türkiyədə göstərib.
FED.az xəbər verir ki, Türkiyə avqustun 2-dən etibarən "Instagram" sosial media platformasına girişi bloklayıb.
Buna səbəb «İnstagram»ın XAMAS-ın rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsi ilə bağlı postlara qadağa qoyması olub. Bunu məhdudiyyət sayan Türkiyə rəhbərliyi isə ölkə ərazisində «İnstagram»ın özünə qadağa qoyub. Sosial şəbəkənin bağlanması Türkiyədə şok effekti yaradıb, indiyədək şəbəkədən faydalanan milyonlarla insan «İnstagram»dan istifadə edə bilməyib.
Bir qədər sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu elan edib ki, «Instagram» pozuntuları aradan qaldırsa şəbəkə bərpa oluna bilər. Hələliksə, «İnstagram»ın bağlı qalması Türkiyə iqtisadiyyatına zərər vurmaqdadır. Bu özünü xüsusilə elektron satışlarla məşğul olan bizneslərdə göstərib.
Türkiyənin E-Ticarət Operatorları Dərnəyinin (ETİD) vitse-prezidenti Emre Ekmekçi bildirib ki, Türkiyədə «Instagram»a girişin bloklanması bu sektorun satışlarını gündə 1,9 milyard lir əvə ya 60 milyon dollar azaldır. Bu – Türkiyədəki bütün elektron ticarətin 10%-ni təşkil edir. Ekmekçi bildirib ki, şəbəkənin bağlı olması e-ticarət əməliyyatlarına ciddi təsir edəcək. O, sosial mediada e-ticarət fəaliyyətlərinə təsir edən bu qadağanın davam edəcəyi təqdirdə ölkənin gündəlik 930 milyon türk lirə itirəcəyini vurğulayıb.
İstanbul Planlaşdırma Agentliyinin (İPA) sədri Buğra Gökçe isə bildirib ki , «Instagram»a girişin bağlanması 52 gün davam etsə, 100 milyard lirə itki olacaq.
Xatırladaq ki, Türkiyədə 2024-cü ildə elektron ticarətin 3,4 trilyon lirə olması, əməliyyavt sayının isə 6,67 milyard olacağı gözlənilir. Nəticədə indi elektron ticarətin həcmi tikinti sektoruna çatmaqdadır. E-ticarətdən ən çox İstanbul, Ankara, İzmir, Bursa və Antalya faydalanır. Zərər də, gözlənilir ki, ən çox bu şəhərlərdəki şirkətlərə, xüsusilə də kiıçik və orta biznesə dəyəcək.
Qadağanı qanunsuz sayan Buğra Gökçe onun İnstagramdan çox Türkiyənin özünə zərər vurduğunu bildirib: «Bu cəza İnstaqrama, yoxsa Türkiyəyə verilib? İnstaqrama giriş qadağası uzandıqca Türkiyə iqtisadiyyatı zərər görür, türk şirkətləri daha az satış edir, Türkiyədəki bizneslər zərər çəkir. Bu vəziyyətdə yaşı ölçmədən, tərəzidən "Atılan qanunsuz addımların əvəzini ancaq bizim xalqımız ödəyəcək. İnstaqram qadağası Türkiyəni hər keçən gün yoxsullaşdırır».