"Huawei" şirkəti 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Şirkət həm, ölkənin aparıcı mobil operatorları ilə əməkdaşlıq edir, həm də dövlət qurumları üçün İKT həllərini təqdim edir”.
FED.az xəbər verir ki, bunu "Huawei" şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Canlin Lu deyib.
Eləcə də bax: Tramp bəzi şirkətlərin Huawei-yə mal satmalarına - YAŞIL İŞIQ YANDIRDI
Canlin Lu bildirib ki, “Huawei” “Azərbaycan üçün” fəlsəfəsinə bundan sonra da davam edəcək: “Huawei” şirkəti gələcəkdə Azərbaycana olan investisiyalarını daha da artıracaq. Bu bir tərəfdən İKT sahəsində olan istedadları üzə çıxaracaq, digər tərəfdən isə ölkədə İKT yönümdə daha çox əməkdaş qazanacağıq. Bu əməkdaşlı hər iki tərəf üçün faydalı olacaq və Azərbaycanda İKT-nin sürətli inkişafna gətirib çıxaracaq”.