Çinin “Huawei” və Niderlandın “TomTom” şirkətləri kartoqrafik məlumatların istifadəsi ilə bağlı razılığa gəlib.
FED.az xəbər verir ki, Çin korporasiyası “TomTom” vasitəsilə smartfonlarda “Google Map”i əvəzləyəcək.
“TomTom”un nümayəndəsi razılaşmanın bir neçə gün öncə əldə olunduğunu bəyan edib. Razılaşmanın detalları açıqlanmır.
Agentliyin məlumatına görə, “Huawei” yeni tərəfdaşın məlumatlarını öz brendi altında istifadə etmə hüququ qazanıb.
“Android Authority” nəşri yazıb ki, razılaşma “Huawei”yə yeni servisi “Huawei Maps” adı altında işə salmaq hüququnu verir.
Xatırladaq ki, Çin və ABŞ arasında olan ticarət müharibəsi fonunda “Google” şirkəti “Huawei” ilə əməkdaşlığı dayandırıb. “Google”un bu addımı atmasının səbəbi isə ABŞ-ın Ticarət Departamentinin “Huawei”in ABŞ-ın milli maraqlarına zidd fəaliyyətlərdə əli olmasını bəyan etməsidir.
Report