Digər ABŞ korporasiyalarının ardından “Microsoft” şirkəti də Çinin “Huawei” şirkəti ilə əməkdaşlığı dayandırmağa qərar verib.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər istehlak elektronikası seqmentinə və biznes üçün həllərə toxunacaq.
Belə ki, Çin şirkəti “Microsoft”un “Windows” əməliyyat sistemini öz noutbuk və planşetlərində istifadə edir. Bundan başqa ABŞ şirkətinin softu “Huawei”ə məlumatların saxlanılması üçün server və həllərdə və Huawei Cloud servisində lazımdır.
Xatırladaq ki, daha əvvəl Çin şirkəti ilə əməkdaşlığa “Google” son qoydu. Huawei smartfonları bu korporasiyanın əməliyyat sistemi olan Android ilə işləyir.
Eləcə də bax: «Huawei» sanksiyaları Azərbaycana da təsir edə bilər – HÖKUMƏT HAZIRLAŞMALIDIR