Banner

İKT

"Huawei" "Google" dəstəyi olmayan planşeti - TƏQDİM ETDİ

"Huawei" "Google" dəstəyi olmayan planşeti - TƏQDİM ETDİ | FED.az
08:53 24 Aprel 2020

Ötən ilin noyabrında dəlikli ekrana sahib ilk planşet MatePad Pro-nu təqdim edən Huawei bu gün daha uyğun qiymətə olan MatePad-i təqdim edib. 

Eləcə də bax: Avropada noutbuk və planşetlərə - TƏLƏBAT ARTIB

 FED.az xəbər verir ki, planşet xüsusiyyətləri ilə yüksək performansa ehtiyac duymayan şəxslərin seçimi ola bilər. 

Android 10.1 əməliyyat sistemi ilə çalışan, 10.4 düymlük, 2000×2100 piksellik IPS ekrana sahib planşet alüminum çərçivə ilə qorunur. Kirin 810 prosessorundan güc alan cihaz 4/64, 6/128GB yaddaş ilə qarşımıza çıxır. Planşetdə həmçinin, 512 GB-a qədər yaddaş kartı dəstəyi mövcuddur. 

8 Meqapiksel ön və arxa kameralara sahib planşet 7250 mAs gücündə batareya ilə təchiz olunub. Cihazın 4/64GB versiyasının  qiyməti 269, 6/128GB-lıq versiyasının qiyməti isə 253 dollardır.

Planşetin ən diqqət çəkən xüsusuiyyəti isə heç bir Google xidmətindən yararlanmamasıdır.

TED

Digər xəbərlər

Banner