“Huawei” öz televizorlarını çox güclü prosessorlarla təchiz edəcək
“Huawei” şirkəti güclü prosessora, 8K təsvir ölçüsünə malik və “5G” mobil rabitə standartını dəstəkləyən televizorlar təqdim etməyi planlaşdırır. Bu haqda etibarlı mənbələrə istinadən Yaponiyanın “Nikkei” nəşri məlumat verib.
FED.az bildirir ki, ən qabaqcıl televizorlar daxili “5G” modemi ilə təchiz ediləcək və 8K təsvir ölçüsünə malik məzmunu göstərəcək. Sözügedən televizorlar sferik videolar (tamaşaçı istənilən istiqamətdə seyr edə bilər) kimi "ağır" məzmuna baxış üçün müvafiq olacaq.
Televizorlar “Huawei” şirkətinin istehlak elektronikası ekosisteminə daxil ediləcək.
mənbə: “ICTnews”