“Huawei” şirkəti Avropada beşinci nəsil (5G) mobil rabitəni dəstəkləyən şəbəkələr üçün avadanlıq istehsal etməyi planlaşdırır.
FED.az şirkətin Avropa üzrə vitse-prezidenti Abraham Liu məlumatı təsdiqləyib.
Eləcə də bax: “Huawei” şirkəti “Google Maps”in əvəzləyicisini tapıb - SMARTFONLARA YÜKLƏNƏCƏK
Şirkət təmsilçisi bildirib ki, “Huawei” öz məhsullarını Avropa İttifaqının üzvü olan ölkələrə təqdim etməkdə qərarlıdır.
Bundan əvvəl isə Böyük Britaniya hökuməti “Huawei”in xidmətlərindən istifadə edəcəyini açıqlayıb.
Azərtac