“Google” şirkətinin İsrail hökuməti ilə biznes əlaqələrinə son qoyması tələbi ilə ötən gün oturaq etiraz aksiyası keçirən 28 əməkdaşı işdən çıxarılıb.
FED.az xəbər verir ki, açıqlamada əməkdaşların “şirkət siyasətlərini pozduqlarına görə” maddəsi ilə işdən çıxarıldığı qeyd edilib.
Etirazçılar bir neçə “Google” ofisi qarşısında nümayiş, Nyu-York və Kaliforniyada isə 10 saatlıq oturaq aksiya keçiriblər. Aksiyalar zamanı 9 nəfər həbs edilib.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib. (Trend)